Pop üslubunda olan mahnıları ilə gənclərin
sevimlisinə çevrilən müğənni Elnarə Xəlilova yeni mahnısını təqdim
edib.
Movqe.az xəbər verir ki, ifaçı sözləri və musiqisi
Zülfi Bədəlova məxsus olan "Like elə" mahnısı dinləyicilərin
ixtiyarına buraxıb. Mahnı Youtube video paylaşım saytında
yerləşdirilib. Elektro-pop janrında olan mahnını məşhur aranjemançı
Vaso Qarayev dib.
Xatırladaq ki, Elnarə Xəlilova ötən günlərdə
sürətlə arıqlaması ilə diqqət çəkmişdi. Elə bu səbəbdən də müğənni
oxucuların istəyini nəzərə alaraq özəl pəhrizini açıqlayıb. İfaçı
açıqlamasında bildirib ki, 7 kq arıqlamaq niyyətindədir: "Hazırda
çəkim 67 kiloqramdır. 6 ay ərzində 60 kiloqram olmaq fikrindəyəm.
Bu hədəfimə çatmaq üçün bir az səbr etməli olacam. Çünki sürətli
arıqlamağın tərəfdarı deyiləm. Həm də ac olanda əsəbi oluram,
stress keçirirəm. Dietoloqlar da deyir ki, ac qalaraq arıqlamaq
insan səhhətinə ziyandı. Ona görə də öz metodumla
arıqlayacam".