Donetskdə gedən döyüşlərin videosu yayıldı

3 May 2014 17:00 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətində, Kramotorsk şəhərində gedən döyüşlərin videosu yayılıb. Ukrayna ordusu ötən gecədən şəhərdə əməliyyatlara başlayıb. Videoda gərgin döyüşlərin getdiyi görünür.

Movqe.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, ordu qüvələri və separatçılar arasında gedən atışma nəticəsində xeyli insan yaralanıb. Ölənlər var. 

Şəhərdə atışma hələ də davam edir.