Günay Musayevanın əri gənc modeli narkoman etdi

3 May 2014 19:03 (UTC+04:00)
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, məşhur aktyor Tolqa Karel barədə şok iddia irəli sürülüb. 

Movqe.az xəbər verir ki , türkiyəli model Sinem Kuyucuoğlu aktyor barədə şok açıqlamalar verib. Sinem ötən gün "Bəyaz TV"də qonaq qismində iştirak edərkən narkotik vasitələrə onu Tolqa Karelin öyrəşdirdiyini deyib: 

"Narkotik maddə istifadə etmək, ən sevdiyim yeməyi qarşıma qoymaq kimidir. Bunu mənə ilk dəfə Tolqa Karel təklif edib, "Al bax, özünü yaxşı hiss edəcəksən" dedi. Amma buna görə onu heç vaxt günahlandırmıram. Həmin ərəfədə Dəfnə Coy öldü, şok oldum. Körpüdən tullanıb, intahar edəcəkdim, dostlarım kömək etdilər. 3 gündür ki, İstanbula gəlmişəm, evdən bayıra çıxmıram".

Qeyd edək ki, bir müddət öncə Sinem Kuyucuoğlunun gecə klublarından birində narkotik vasitə istifadə edərkən çəkilən fotoları sosial şəbəkələrdə yayılmışdı.