Rihanna və Beyons oğurluqda ittiham olunur

3 May 2014 20:01 (UTC+04:00)
Barbadoslu məşhur müğənni Rihanna və kolumbiyalı cazibədar Şakira barədə şok iddialar irəli sürülüb. 

Movqe.az xəbər verir ki , əlbir olub bu cinayəti törətməkdə təqsirləndirilən dünya ulduzları qərb mediasına bu xəbərlə şok yaşatdılar. Amerikanın Kaliforiya ştatında məhkumluq həyatı yaşayan bir şəxs dünya ulduzlarını Rihanna və Şakiranı məhkəməyə verib. 

Məhkum həyatı yaşayan həmin şəxs, aralarında Beyons, Cey Zi, Kenya Uest və Rihannanın olduğu bir qrup müğənninin ondan üç minə qədər mahnı sözü oğurladıqlarını iddia edib. 

Məhkumun iddiasından sonra 2 milyardlıq məhkəmə prosesi başlayıb. Məhkum, Beyons Və Cey Zi-nin onun şeirlərini oğurlayaraq mahnılarında istifadə etdiklərini, Rihanna və Kenya Uest isə cinayətdə əli olan ortaq olan şəxslər kimi günahlandırılır. 

Belə ki, ulduzların məhkəmə qarşısında cavab verəcəyi gözlənilir.