Putinin başına 100 milyon dollar mükafat qoyuldu
3 May 2014 21:01 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putini məhv edənə 100
milyon dollar mükafat ayrıldı. Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, Ukraynanın Dnepropetrovsk vilayət sədrinin müavini Boris
Filatov Rusya prezidentini fiziki olaraq yox edənə və ya dövlət
rəhbərliyindən düşürənə 100 milyon dollar mükafat verəcəyini
verəcəyini bəyan edib.
Dnepropetrovsk vilayət sədri "Privat" bankının
sahibi İqor Kolomosyki daha öncə də silahını təhvil verənə 1000
dollar, işgal edilən binanın boşaldılması qarşılığında isə 200 min
dollar mükafat verəcəyini açıqlamışdı.
Kolomoskiyin köməkçisi Ukraynada qardaş qırğınının
qarşısının alınmasını Putinin yox olmasında gördüyünü bildirərək,
Rusiya dövlət başçısının fiziki olarak yox edənə və ya dövlət
başçılığından düşürənə 100 milyon dollar mükafat verəcəyini
açıqlayıb.
Mükafatı qazanmaq istəyənin 5 maya qədərr vaxtı
var. Yəni, təklif 5 maya qədər keçərlidir.
Putinin öldürülüb-öldürülməyəcəyini Allahın
işidir, amma onun başına qoyulan mükafat sosial mediada böyük
reaksiyaya səbəb olub.