Putin başsağlığı verdi
3 May 2014 21:08 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Odessa
vilayətində ölənlərin ailəsinə başsağlığı verir. Movqe.az ANS
PRESS-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə
açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov
deyib.
Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq
təcrübəyə əsasən rəsmi Kiyevə başsağlığı vermək mümkün deyil. Çünki
hazırda Ukrayna hökuməti mövcud deyil.
"Lakin Vladimir Putin Odessada silahlı toqquşmalar
və həmkarlar ittifaqının ofisində baş vermiş yanğın zamanı
ölənlərin yaxınlarına başsağlığı verir", deyə D.Peskob bildirib. O,
bildirib ki, Odessada baş verən faciədən sonra Ukraynanın cənub
şərqində yaşayan insanları tərksilah etmək mümkün olmayacaq. Çünki
onların həyatı təhlükə altındadır.
"Putinə Ukraynadakı vəziyyət barədə kəşfiyyat
mütəmadi hesabat verir. Eyni zamanda digər dövlət strukturlarından
məlumatlar daxil olur. Putin baş verənləri mediadan da izləyir.
Kremldə bir neçə qaynar xətt telefonları yaradılıb və Ukraynanın
şərqindən bu telefonlara on minlərlə zəng gəlir. İnsanların çoxusu
çarəsizlik içindədir və kömək üçün yalvarır", D.Peskov
deyib.
Dmitri Peskovun sözlərinə görə Ukraynanın cənub
şərqində baş verənlərə görə məsuliyyəti "Kiyev xuntası" və onların
Qərbdəki sponsorları daşıyır.
"Odessada millətçilərin və radikalların
hakimiyyətin açıq-aşkar dəstəyi ilə silahsız insanları diri-diri
yandırması cinayətdir. Kiyev hakimiyyəti bu cinayətə görə
məsuliyyət daşıyır və onların əli qana batıb" - deyə D.Peskov
bildirib.