Aygün Kazımovanın qızı "Bir az sevgi" dedi (VİDEO)
3 May 2014 22:10 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın yeganə övladı olan
İlqarə Kazımova yenidən hər kəsi təəccübləndirmək qərarına
gəlib.
Movqe.az xəbər verir ki, gənc ifaçı bir müddətdir
ki, sosial şəbəkələrdə sözü gedən "Bir az sevgi" adlı mahnısını
təqdim edib.
Sözləri Leyliyə, musiqisi Hakan Erola məxsus olan
mahnı bu gün Youtube video paylaşım kanalında
yerləşdirilib.
Qeyd edək ki, sosial şəbəkələrin fəal
istifadəçiləri olan məşhurların İnstagramda "Bir az Sevgi" yazısı
hər kəsin diqqətini çəkirdi. Nəhayət ki, bir neçə gündür yayılan
yazının əsas səbəbi bəlli oldu.
Gənc ifaçı uzun ayrılıqdan sonra sükutu pozaraq
üzərində çalışdığı yeni mahnısını təqdim etdi.