Bakıda 3 yük maşını yandı

3 May 2014 22:10 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda yolun kənarında bir-birinə yaxın məsafədə dayanmış 3 yük maşını yanıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, vətəndaşlara məxsus "Kamaz" və "Scnia" markalı yük avtomobillərinin kabinələrində, sonra isə digər "Kamaz" markalı yük avtomobillinin arxa hissəsində yanğın baş verib.

Avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.