Futbol azarkeşləri arasında mühabisə zorakılıqla nəticələndi

4 May 2014 12:00 (UTC+04:00)
İtaliyanın paytaxtı Romada futbol azarkeşləri arasındakı mühabisələr sonda zorakılıqlarla nəticələnib.

İtaliya kuboku uğrunda keçirilən Napoli - Fiorentina matçı öncəsində azarkeşlər dava salıblar. Movqe.az xəbər verir ki , dava-dalaş zamanı 3 nəfər silahdan açılan atəş nəticəsində yaralanıb.

Roma polisi yaralılardan birinin sinəsindən yaralandığını və vəziyyətinin ağır olduğunu məruzə edib. Polis futbol meydandan kənarda baş verən qarşıdurmalara müdaxilə edib.

Təhlükəsizlik qüvvələri gözyaşardıcı qazlarla qəzəbli kütləni dağıtmağa nail olub. Polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib.

Zorakılıqlarla əlaqədar matç 40 dəqiqə təxirə salınıb. ANSA xəbər agentliyi zorakılıqların daha sonra meydanın daxilində də davam etdiyini xəbər verib.