Tıxacda qalan gəlinlə bəy toya piyada getdi (FOTO)

4 May 2014 12:01 (UTC+04:00)
Ötən gün Türkiyədə ailə quran cütlüyün başına qeyri-adi hadisə gəlib. Movqe.az xəbər verir ki, tıxacda qalan bəylə gəlin öz toylartına ayaqla getməli olublar.

İstanbulun Avropa qitəsində yerləşən Başakşehir şəhərciyində yaşayan Erhan – Özde Günerbüyük cütlüyü toylarının keçiriləcəyi Asiya qitəsində yerləşən Beylerbeyinə gedərkən yolda tıxac meydana gəlib. Tələsən cütlük yolun açılmadığını görüb toya çatmaq üçün maşından düşərək piyada getməyə qərar veriblər. 

Bəzi sürücülər isə piyada gedən bəylə gəlinə alqışlarla dəstək veriblər.