Ata doğma qızını zorladı
4 May 2014 13:00 (UTC+04:00)
Türkiyədə daha bir insest faktın üstü
açılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir
ki, Türkiyənin Zonquldaq vilayətində atanın öz qızı ilə cinsi
münasibətdə olması onun həbsinə gətirib çıxarıb.
Hadisə Zonquldağın Ereğli rayonunda baş verib.
Rayonun Qızılca kəndinin sakini 37 yaşlı B.K bir müddət imiş ki,
qızını onunla cinsi münasibətdə olmağa məcbur edirmiş. İki uşaq
atası olan B.K.-nın bu əməli qızın olanları babasına danışmasından
sonra ortaya çıxıb.
Vəziyyəti öyrənən baba nəvəsini yanına alaraq
polis bölməsiznə üz tutublar. Qız atası ilə aralarında olanları,
atasının ona qarşı etdiyi hərəkətlərin hamısını danışaraq ondan
şikayətçi olub.
Polisin məlumat əldə etməsindən sonra hüquq
mühafizəçiləri tərəfindən saxlanılan B.K. məhkəmə tərəfindən
haqqında çıxarılan "cinsi istismar" qərarı ilə həbs olunub.