Şok! Marketdən alınan banandan əqrəb çıxdı (FOTO, VİDEO)

4 May 2014 13:00 (UTC+04:00)
Marketdən aldığı bananı evdə açmaq istəyən müştəri həyatının şokunu yaşayıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , hadisə İngiltərənin Cənub Qərbindəki Kornuoll qraflığında baş verib. 

Məlumata görə, müştəri açmaq istədiyi banan paketinin içində zəhərli əqrəb olduğunu görüb. 

Əqrəbin görünüşü qorxuducu olsa da onun paketdə olması baş verə biləcək təhlükənin qarşısını alıb.

Bananların isə minlərlə km uzaqdan – Kosta Rikadan gətirildiyi bildirilib. 

Hadisə yerinə dərhal polis və heyvanlara yardım dərnəyinin əməkdaşı cəlb olunub. 

Zəhərli əqrəb yaxınlıqda olan zooparklardan birinə təhvil verilib.