Qarabağ həqiqətləri Polşa ictimaiyyətinə təqdim olundu
4 May 2014 16:05 (UTC+04:00)
TURSAM Strateji Araşdırmalar Mərkəzi və DAK Polşa Nümayəndəliyi
Lodz şəhərində Dağlıq Qarabağla bağlı tədbir keçirib. Movqe.az
xəbər verir ki, Polşanın Lodz şəhərində Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı tədbir
keçirilib.Tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, Polşa
universitetlərindən gəlmiş müəllim və professor heyəti, mətbuat
işçiləri və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan DAK Polşa nümayəndəliyinin rəhbəri Nail
Əhməd Azərbaycanın tarixi, mədəniyyəti barədə tədbir
iştirakçılarına məlumat verib. Daha sonra Xocalı soyqırımı və
Ağdaban faciəsini əks etdirən foto sərgi nümayiş etdirilib.
Polşadakı Azərbaycan diasporunun fəallarından olan Rəşid Rəhimli
tədbir iştirakçılarına Azərbaycan-Polşa münasibətləri barədə
məlumat verib, Polşada təhsil alan azərbaycanlı gənclərin
fəaliyyəti barədə danışıb.
Tədbirdə iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Əhməd Şahidov Polşa ictimaiyyətinin nümayəndələrinə Xocalı
soyqırımı və Ağdaban faciəsi barədə geniş məlumat verib və
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində
görülən işlərdən danışıb.
Tədbirdə sərgilənən fotolar polşalı gənclərin marağına səbəb olub
və Xocalı soyqırımının bütün insanlığa qarşı yönəldiyini
bildiriblər.