Məhbus qadınlara müavinət veriləcək

4 May 2014 18:21 (UTC+04:00)
Bundan sonra məhbus qadınlar da hamiləliyə və doğuma görə müavinət ala biləcəklər. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"ə dəyişiklik edib.

Dəyişikliyə əsasən, Əsasnamədə həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilməməsini nəzərdə tutan müddəa ləğv edilib.

Bundan sonra həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət veriləcək.