İlham Əliyev İsrail prezidentini təbrik edib
4 May 2014 19:08 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev İsrail
dövlətinin prezidenti Şimon Peresə təbrik məktubu
ünvanlayıb.
Təbrikdə deyilir: "İsrail Dövlətinin milli bayramı
- Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsrail arasında
dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək
xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq
arzulayıram".