Azərbaycan xüsusi təyinatlı qüvvələrin sərgisində iştirak edəcək
4 May 2014 20:00 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri
mayın 6-dan 8-dək İordaniyada ənənəvi olaraq təşkil edilən X xüsusi
təyinatlı qüvvələrin sərgisində (SOFEX-2014) iştirak
edəcəklər.
Movqe.az xəbər verir ki , İordaniya Kralı II
Abdullahın himayəsi altında hər iki ildən bir təşkil olunan
tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, aidiyyəti
strukturların və özəl şirkətlərin nümayəndələri iştirak
edir.
Sərgidə müasir rabitə və nəqliyyat vasitələri,
yerüstü naviqasiya sistemləri, antiterror əməliyyatları üçün,
hərbi-səhra tibb və digər xüsusi təyinatlı avadanlıq və texnika
nümayiş olunacaqdır.
"SOFEX-2014"də 33 ölkədən 350 şirkətin iştirakı
gözlənilir.