Yaponiya silkələndi

5 May 2014 11:40 (UTC+04:00)

Yaponiyanın paytaxtı Tokio ətrafında bu səhər Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində azı 17 nəfər xəsarət alıb. ANS PRESS Yaponiya Meteoroloji Agentliyinin məlumatına istinadən bildirir ki,  zəlzələnin episentri İdzuosima adasında yerin 160 kilometr dərinliyində qeydə alınıb. 


Tokioda da yaşayış evlərinin divarları titrəyib və sakinlər təlaş içində küçələrə çıxıblar. Xəsarət alanların əksəriyyəti daha təhlükəsizlik yerlərə keçmək istəyərkən yaralanıb. 


Hazırda Tokioda nəqliyyatın hərəkəti bərpa olub, ciddi dağıntıların olmadığı bildirilir. Sunami xəbərdarlığı