Azərbaycanda qadağan olunmuş ən təhlükəli dini ədəbiyyatların siyahısı açıqlanıb

5 May 2014 12:20 (UTC+04:00)

Azərbaycanda qadağan olunmuş dini ədəbiyyatlardan ən təhlükəlilərinin adı açıqlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, son illər respublikada təhlükəli dini cərəyanlara qarşı mütəmadi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı müxtəlif dini təriqətləri və cərəyanları təbliğ edən xeyli sayda dini ədəbiyyat müsadirə olunub. Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, əməliyyatlar zamanı müsadirə olunan dini ədəbiyyatların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır, həmin nəşrlərin Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq, müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu kitabları ölkəyə gətirərək yayırlar.Respublikada yayılması və istifadəsi qadağan olunmuş ən radikal və təhlükəli dini nəşrlər bunlardır:
"Bağdad alimlərinin bəhsi" (müəllif: Məqafil-İbə Ətiyyə)

"Bir yəhudi fitnəsinin nəticələri"

"Doğru olanlarla birgə" (müəllif: Məhəmməd Ticani Səmavi)

"Pişəvəri gecələri" (müəllif: Seyid Məhəmməd Musəvi-Şirazi)

"Sünnilik" (müəllif: Əbdürrəhman)

"Vəhhabiliyin ayinlər" (müəllif: Cəfər Sübhani)

"Yehova müasir xalqı"

"Müqəddəs kitan – Əhdi-Ətik"

"Gözətçi gülləsi"

"Yehova Allahın padşahlığını bəyan edir"

"Risaleyi Nur"

"Vəhhabiyyət iki yol arasında" (müəllif: Şeyx Nasir Məkarin Şirazi)

"Vəhhabi Firqəsi" (müəllif: Seyid Məhəmməd Həsən Qəzvini)

"Peyğəmbərin haqq canişini kimdir?" (müəllif: Əhməd Əssədnajat)

"Qərb dinində - Aşurayadək" (müəllif: Seyid Kazım Pərpənci)

"Cəməl müharibəsi" (müəllif: Cəsar Sübhani)

"Günahın acısı" (müəllif: Haşim Rasuli)

"Zühur əsri" (müəllif: Əli Kuranu)

"Böyük dini rəhbərin həyat və fəaliyyəti"

"İlahi ədalət"

"Sülid din"

"Seyid Mürtəza Müctəhidi"

"Ali İmran"

"Bir dəstə gül"

"İmam əsgərin həyatı"

"Musa Kaziminin həyatı"

"İmam Rzanın həyatı"

"Şiə və əsassız ittihamlar" (müəllif: Seyid Sadiq Şirazi)