Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda yolun bağlanması ilə bağlı xəbərdarlıq yayıb.
Movqe.Az xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 10:30-dan etibarən, Sabunçu rayonunun mərkəzi yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məlumata əsasən, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ərazidə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.