Kəmaləddin Heydərovun yeni müavinləri təyin edildi

5 May 2014 17:31 (UTC+04:00)
Prezident İlham Əliyev Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayının artırılması ilə bağlı sərəncam verib. Movqe.az xəbər verir ki, Prezident Adminstrasiyanın rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev Kəmaləddin Heydərovun müavini təyin edilib. Prezidentin digər sərəncamı ilə isə T.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilib. Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. O, bu təyinatadək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini vəzifəsində çalışıb.Daha öncə isə mədəniyyət və turizm nazirinin müavini olub.