AFFA iki kulubu cəzalandırdı

5 May 2014 18:36 (UTC+04:00)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 


Movqe.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarları çıxarıb. 


Topaz Premyer Liqasının XXXIII turunun "Neftçi" – "Qəbələ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun 14 nömrəli futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 


Oyun 90-cı dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib.