2 min tələbə sərxoş oldu

5 May 2014 19:21 (UTC+04:00)

İngiltərədə Kembric Universitetindən 2 min tələbə şəhərin mərkəzindəki parkda təşkil edilən məzuniyyət günü sərxoş olub. Gündüz təşkil edilən çılğın partidə içib-yatan gəncləri polis oyandırıb. 


Movqe.Az xəbər verir ki, İngiltərənin yaxşı ailələrindən olan bu gənclər spirtin su kimi içildiyi partidə çılğın yarışlar keçirilib, rəqslər edilib. 


Sonda hadisəyə polis müdaxilə edib. Hətta yatan gəncləri oyandırmaq da polisə düşüb.