“Qarabağ” klubların reytinq siyahısında 7 pillə geriləyib

5 May 2014 18:47 (UTC+04:00)

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Movqe.az saytının məlumatına görə, qurum 2013-cü il mayın 1-dən 2014-cü il aprelin 30-dək olan dövr üçün planetin 201 ən yaxşılarını müəyyənləşdirib. Son aylarda olduğu kimi, İFFHS-in cədvəlində Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"dır. Ötən ay 126 xalla dünyanın 112-cisi olan Qurban Qurbanovun yetirmələri apreldəki çıxışları üzündən 7 pillə geriləyib. Hazırda 123 xalı olan Ağdam təmsilçisi 119-cu yerdə qərarlaşıb. Qeyd edək ki, siyahının ilk 2 pilləsində dəyişiklik baş verməyib. Zirvədə yenə "Bavariya" qərarlaşıb. Almaniya klubunun 354 xalı var. İspaniya "Real"ı 337 xalla 2-cidir. Digər Madrid təmsilçisi "Atletiko" xal hesabını 315-ə çatdırıb və 2 pillə irəliləməklə 3-cü olub. Bu mövqeyi əldən verən "Barselona" 6-cı yerə düşüb.