Avropa Şurası Nazirlər Komitəsində sədrlik Azərbaycana keçir

5 May 2014 20:49 (UTC+04:00)

Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 5-6 may tarixlərində Avropa Şurası Nazirlər Komitəsinin Vyanada keçiriləcək 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya yola düşüb. XİN-in mətbuat xidmətindənAPA-ay verilən məlumata görə, sessiyada Avropa Şurası Nazirlər Komitəsində sədrlik Avstriyadan Azərbaycana keçəcək.

 

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.