Lavrov Ukraynaya xəbərdarlıq etdi

5 May 2014 19:16 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Avropa Şurasının nazirlər komitəsinin sessiyasında iştirakı ilə bağlı şərhində deyilir."Kiyevin mətbuatı sıxışdırmaq, Rusiya ilə Ukrayna arasında gediş-gəlişə məhdudiyyət qoymaq və xalqa qarşı ordudan istifadə etmək siyasəti Avropa Şurasının prinsiplərinə ziddir və buna dərhal son qoyulmalıdır. Avropa Şurasının müvafiq orqanları buna qiymət verməlidir", - deyə Rusiya xarici işlər nazirinin bəyanatında bildirilir.