Gülər Əhmədova: "Ən çox anamla kiçik oğlumdan ötrü darıxmışdım"

5 May 2014 19:25 (UTC+04:00)

Eks millət vəkili, barəsində 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin olunan Gülər Əhmədova qısa da olsa Movqe.az-ın suallarını cavablandırıb.

-Gülər xanım həmişə evinizdə-eşiyinizdə. Özünüzü necə hiss edirsiniz?

-Şükr, hələ təzə evə gəlib çıxmışam siz gəldiniz, əzizlərim burdadır.

-Dediniz ki, geniş sonra söhbət edərik, amma maraqlıdır ən çox kimin üçün darıxmışdınız bu müddətdə?

-Heç kəsin arasında ayrı-seçkilik salmıram. Amma anamla kiçik oğlumdan ötrü daha çox darıxmışdım.

-Oğlanlarınızdan ikisi burda olsa da, o biri vətəndən uzaqdadır. Azadlığa çıxandan sonra onunla danışmısınız?

-İnanın ki, yox. 

-Həbsdə olan müddətdə sizi axtaranlar da  oldu, axtarmayanlar da...

-Hər kəsə təşəkkür edirəm. Amma mən heç kəsə pis olmamışdım. Mənim üçün əsas dövlətçilikdir. 

 -Artıq azadlıqdasınız, ürəyinizdən gələn sözünüz var.

-Hamıya təşəkkürümü bildirirəm. 







Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Movqe.az-ın  xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.