Bu da oldu: kişi dərisindən sperma hazırlandı

6 May 2014 10:46 (UTC+04:00)

Sağlamlıq Kaliforniyalı elm adamları yeni bir kəşfə imza atıblar. Movqe.az-ın  xəbərinə görə, elm adamları kişi dərisindən sperma hüceyrələri hazırlayıblar. Kaliforniyalı elm adamları kişilərdəki sonsuzluğu müalicə etmək üçün yeni bir üsul kəşf ediblər. Yenə də köməyə müalicə oluna bilməyən bir çox xəstəliklərin müalicəsində açar rolu oynayan kök hüceyrələr yetişib. ABŞ-ın Stanford Universitetinin həkimi Reydzhiro Pera bunları genetik pozuqluq səbəbiylə sonsuzluq xəstəliyinə düçar olan kişilərin dərisindən əmələ gətirib. O, işlərində DNT-nin bir hissəsi olan Y-xromosomunun olmadığı kişilərdən istifadə edib. Elm adamı əvvəl müşahidə aparılan kişilərdən dəri hüceyrələrini götürüb, daha sonra isə genetik texnologiyanı istifadə edərək onları kök hüceyrələrinə çevirib. Beləliklə də, onun vasitəsilə erkən inkişaf mərhələsində olan sperma hüceyrələri daxil olmaqla, hər hansı bir başqa hüceyrənin böyüdülməsi mümkün ola bilər.