Tailandda 5,0 gücündə zəlzələ olub

6 May 2014 10:49 (UTC+04:00)

Tailandın şimali-qərbində 5,0 gücündə zəlzələ baş verib. Movqe.az-ın  İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Çianqray əyalətində, Me Say yaşayış məntəqəsindən 9 km cənubi-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.