Ayan: "Onu o qədər gözəl əhval-ruhiyyə ilə...."

6 May 2014 11:00 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva repertuarına dinamik mahnı daxi edib. "Qorxuram gecələrdən" adlanan mahnıya qrafist Asif Bafoğlu müğənninin sonuncu fotosessiyalarından rolik hazırlayıb və Ayan xanıma hədiyyə edib.

Mövqe.az xəbər verir ki, mahnıya tezliklə klip çəkiləcəyi düşünülüb. Ayan xanımın son kliplərini ekranlaşdıran Ceyhun İbrahimoğlu "Qorxuram gecələrdən"ə ekran həyatı verəcək. Klip maraqlı görüntüləri ilə diqqət çəkəcək.

Xatırladaq ki, mahnının musiqisi Elçin İmanova, sözləri Zenfira Əlişqızına məxsusdur.

Ayan özü isə bu barədə belə deyib: "Qorxuram gecələrdən" mahnısının adını eşidənlər düşünürdülər ki, qəmgin mahnıdır, amma çox dinamik, gözəl mahnıdır. Onu o qədər gözəl əhval-ruhiyyə ilə ifa etmişəm ki, istəyirəm klip də gözəl olsun" – deyə bildirib.