Bu gün bir neçə rayonun təbii qaz təchizatında fasilələr olacaq

6 May 2014 12:04 (UTC+04:00)

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 18:00-dək İsmayıllı və Şəmkir rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göygöl rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.