Nokia can qurtardı

6 May 2014 12:40 (UTC+04:00)

Silahlı qarşıdurmaya girən polis məmuruna dəyən güllə arxa cibində olan telefona dəydi , polis sağ qaldı !


"Globo"dan yayımlanan bir xəbərə görə , Braziliyada reallaşan hadisədə Nokia Lumia 520 , onu daşıyan polis məmurunun həyatını xilas edib. Tətil günündə ana və atasını ziyarət etməyə gedən , adı açıqlanmayan məmur ,  girov alındığını görmüş və dərhal dəstək istəmişdi. Amma bundan sonra hadisələr fərqli bir şəkildə inkişaf etmişdi. 


Şalvarının arxa cibindən vurulan məmur vəziyyətdən yara almadan xilas olub. Çünki arxa cibində yerləşən Lumia 520 onu güllədən qorumağı bacarıb.


Hadisənin daha bir əhəmiyyətli göstəricisi də, heç bir testə ehtiyac qalmadan , Nokia telefonların nə qədər möhkəm olduğunu nümayiş etməsi olub.


Xatırladaq ki, 2013-ci ildə edilən bir testdə , Lumia 920 üzərində tətbiq olunan 24 tonluq gücə telefonun necə dözdüyü onun möhəmliyini bir də sübut edir.