Prezident İlham Əliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olub

6 May 2014 12:23 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Tiflisə səfəri çərçivəsində bir sıra obyektlərlə tanış olub.

 

APA-nın Tiflisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olan dövlət başçısı daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

 

Dövlət başçısı "SOCAR-Georgia" şirkətinin inzibati binasına da baş çəkib.

 

Qeyd edək ki, prezident İ. Əliyevin səfərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə bu gün Tiflisdə keçiriləcək sammitdə iştirak etməkdir.