Sumqayıt sakini 24 yaşlı gənci döyərək və bıçaqlayaraq qətlə yetirib

6 May 2014 13:45 (UTC+04:00)

Sumqayıt Şəhər Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 23 yaşlı Pərvin Məhəmməd oğlu Əhmədov şəxsi münasibətlər zəminində, 24 yaşlı Bəhram Tahir oğlu Məmmədovu döyərək və bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən B. Məmmədov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.