Avropa Birliyi ölkələri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi üçün razılığa gələ bilməyiblər

6 May 2014 13:11 (UTC+04:00)

Brüsseldə baş tutan görüşdə Avropa Birliyinə üzv 28 ölkənin nümayəndəsi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinin məqsədyönlüyü haqqında razılığa gələ bilməyib.


APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin mətbuat xidməti bəyan edib.

 

Diplomatlar AB xarici işlər nazirlərinin mayın 12-nə nəzərdə tutulan görüşünə qədər rəsmi Moskvaya qarşı yeni məhdudlaşdırıcı sanksiyaların tətbiq edilməsi barəsində qərar əldə etməlidirlər.

 

Diplomatik mənbələrin məlumatlarına əsasən, sanksiyaların tətbiqinə qarşı Yunanıstan, Kipr, Bolqarıstan, Macarıstan, Lüksemburq, Avstriya, İspaniya, Portuqaliya və Malta çıxış edir.