Azərbaycana qarşı böyük hörmətsizlik

6 May 2014 14:22 (UTC+04:00)

"Cəm Cəm" adlı İran qəzeti Çempionlar Liqası yarımfinal mərhələsi çərçivəsində keçirilən "Atletiko"Madrid - "Çelsi" matçı barədə verdiyi xəbərdə Azərbaycana qarşı böyük hörmətsizlik edib. 


Movqe.az qafqazinfo.az-a istinadən məlumat verir ki, xəbərdə yer alan fotoda "Atletiko" Madrid futbolçularının formalarında olan "Land of Fire Azerbaijan" yazısı silinib. Sosial şəbəkələrdə yayılan bu foto ciddi etiraza səbəb olub. Həmin fotonun orijinalı isə aşağıdakı kimidir.