Keçmiş arvadını zirzəmiyə kilidlədi

6 May 2014 16:23 (UTC+04:00)

"

Çində 40 yaşındakı bir kişi keçmş arvadını həbs edə bilmək üçün yerin altında zirzəmi tikdirib. Daha sonra evində zorla saxladığı qadını ora kilidləyib. Qadının sağ qalması isə möcüzə olub.

 Lin Dajun adlı 40 yaşındakı şəxs ilk və ikinci arvadı onu tərk etdikdə evinə zirzəmi tikməyə qərar verib. O hücrəyə keçmiş həyat yoldaşlarını onu tərk etdikləri üçün həbs edib.

 Siyahıyaalma üçün evə gələn məmurlar qadınları yerin altındakı o hücrədən xilas edib.

 Hadisədən sonra  həbs olunan Lin Dajun isə insan qaçırma və zorla saxlama təqsirindən mühakimə olunacaq.