TQDK abituriyentlərə müraciət etdi
6 May 2014 16:26 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 11-də
imtahan verəcək abituriyentlərə müraciət
edib.
TQDKD-dan Movqe.az-a verilən məlumata görə,
abituriyentlər II və III ixtisas qrupları üzrə may ayının 11-də
keçiriləcək qəbul imtahanında iştirak etmək üçün "İmtahana
buraxılış vərəqi"ni çap edə bilərlər: "Buraxılış vərəqini çap etmək üçün TQDK-nın internet saytında
http://eservices.tqdk.gov.az/brxvbak/ keçidinə daxil
olun. Qeyd edək ki, imtahana gələrkən
"İmtahana buraxılış vərəqi"ni və şəxsiyyət vəsiqənizin əslini
mütləq gətirməlisiniz. May ayının 11-də
əvvəlki illərin məzunları qəbul imtahanı verəcəklər".