Georgi Marqvelaşvili: “Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verir”

6 May 2014 18:10 (UTC+04:00)

"Azərbaycan, Gürcüstan və Türkiyənin birgə əməkdaşlığı bu üç ölkənin inkişafı ilə yanaşı, Avropa və Asiyanın rifahına da xidmət edir".


APA-nın məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili üçtərəfli görüşün yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, sammit çərçivəsində üç ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb: "Bu gün bizim həyata keçirdiyimiz birgə layihələr Xəzər dənizi, Qara dəniz və Aralıq dənizini birləşdirir. Ən əsası da odur ki, Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verir. Bu, bizim iradəmizin və istəyimizin nəticəsidir".