Uşaqlarını 15-ci mərtəbədən atdı

27 İyun 2012 13:02 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada yaşayan Qalina Ryabkova 4 və 7 yaşlarındakı iki oğlunun "dəcəlliklərinə dözə bilmədiyi" üçün 15-ci mərtəbənin eyvanından yerə atıb. 30 yaşındakı Ryabkova uşaqlarını aşağıya atdıqdan sonra mənzildən çıxıb, lakin yolda uşaqlarının düşdüyünü görən qonşuları tərəfindən dayandırılıb. Hadisənin kamera görüntülərini izləyən polis Ryabkovanın hadisədən sonra çox sakit göründüyünü müşahidə edib. İngilis "Daily Mail" qəzetinin xəbərinə görə Ryabkovanın uşaqlarının davranışlarına dözə bilmədiyi üçün onlardan xilas olmağa qərar verdiyi fikri iddia edilib. Qonşular təcili yardım qrupu çağırsa da gec olub, uşaqlar hadisədən dərhal sonra dünyasını dəyişib.