Şou-biznesdən uzaqlaşan rejissor kimdir? – FOTOSESSİYA

14 Aprel 2012 15:18 (UTC+04:00)

Artıq bir neçə ildir ki, şou-biznesdən kənarlaşan klipmeyker, rejissor Şahin Zəkizadədən xəbər var. Tədbirlərin birində Movqe.Az xəbər portalının fotokamerasına tuş gələn Ş.Zəkizadə, maraqlı görüntüləri ilə diqqət çəkib. Belə ki, rejissor sakitcə salona daxil olur və kənarında durub ətrafı seyr edirdi.

Müşahidə apardığımız zaman Ş.Zəkizadənin mömin olduğu, barmaqlarındakı üzüyü və jestləri ilə hiss olunurdu.

Tənbəllik etməyib, rejissordan yaradıcılıq fəaliyyətini və yaranan fasilələrin səbəbini soruşduq. O, qısa olaraq cavab verdi: "Şou-biznesdən uzaqlaşmışam. Artıq məni şou-biznesdə görə bilməyəcəksiniz. Hazırda dini mövzuda filmlər, sənədli filmlər üzərində çalışıram", - Ş.Zəkizadə dedi.

Qeyd edək ki, rejissor milli şou-biznesdə məşhur müğənnilərinin kliplərini çəkməklə Şahin Z.Z imzası ilə tanınıb.


Fuad Mədətov