Cəbhə bölgəsindəki hərbi hissələrdə döyüş hazırlığı üzrə təlim keçirilir

6 May 2014 20:37 (UTC+04:00)

Cəbhə bölgəsindəki hərbi hissələrdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən birliklərdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir.

Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.