Apple işlərini təxirə saldı

7 May 2014 12:15 (UTC+04:00)

"Apple"ın yeni mobil əməliyyat sistemi iOS 8də olması gözlənilən xüsusiyyətlər , başqa yaza qaldı!


Movqe.Az xəbər verir ki, "Apple"ın , iOS 8 üçün düşündüyü bəzi xüsusiyyətləri iOS 8.1-ə saxladığı məlumatı internetə sızıb.


 Bu xüsusiyyətlərin arasında bəzi xəritə funksiyaları da yerləşir. "Apple"ın iOS 8-i növbəti ay keçiriləcək  konfransda tanıtması gözlənilir, lakin sistemin istifadəçiyə çatması ilin sonunda yeni təchizatlarla birlikdə olacaq.


Deyilənlərə görə Apple eyni zamanda yeni OS X-i hazırladığı üçün əlindəki qaynaqların bir hissəsini də bu işə ayırıb. Bu səbəbdən iOS 8 üçün başlanğıcda düşünülən bəzi qabiliyyətlərin ilin sonuna çatmayacağı bildirilib. 


iOS 8-in fərqli ekran həllolma dəqiqliklərini dəstəkləməsi də gündəmdədir .