Şuşanın son görüntüləri
7 May 2014 12:30 (UTC+04:00)
Düz 22 il bundan əvvəl Şuşa erməni işğalı
ərəfəsindəydi. Ermənilər general-mayor Arkadi Ter-Tadevosyanın
rəhbərliyi ilə Şuşaya hücuma hazırlaşırdılar. "Meşə tülküsü"
adlandırılan erməni komandanın başçılığı altında böyük qüvvə ilə
hücuma keçən ermənilər Şuşanı ələ
keçirdilər.
Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən
şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə
yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552
körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma
yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və
girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər
məlumat yoxdur.
Artıq 22 ildir ki, Şuşa və digər işğal olunmuş
şəhər-rayonlarımıza foto və videolardan baxırıq. Bir ümidlə... Biz
oralara mütləq qayıdacağıq. Movqe.Az ANS PRESS-ə istinadən sizə
Erməni mətbuatında yayılan Şuşanın son şəkillərini təqdim edir.
Azərbaycanlılarsız Şuşanın...