Prezidentin qaynını işdən çıxardılar

7 May 2014 16:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerika Universitet İdmanları Federasiyası (NCAA) Basketbol Liqası komandalarından "Oregon State Beavers"ın baş məşqçisi ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişelin qardaşı Creyq Robinzonun vəzifəsinə son qoyulub. 


Oregon Dövlət Universitetinin internet saytından edilən şərhə görə, universitetin idman direktoru Bob De Karolis, mart ayında basketbol komandasıın 6-cı ilini bitirən və bu müddət ərzində 94 qalibiyyət, 105 məğlubiyyət alan baş məşqçi Creyq Robinzon ilə yollarının ayrıldığını bildirib.