Brilliant Dadaşova hirsləndi: "Mətanət, bunu sənə yaraşdırmadım"

7 May 2014 16:57 (UTC+04:00)

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın "Gündəlik" verilişində "Onu bağışlamaq olarmı?" mövzusu müzakirəyə çıxarılıb.


Axşam.az-ın məlumatına görə, sənət adamlarından danışan aparıcı "Brilliant Dadaşova deyir ki, Aygünün əlindən tutub səhnəyə gətirmişəm", "Brilliant Dadaşova ilə Zülfiyyə Xanbabayeva bir-birini gördü, amma salamlaşmadılar" sözlərini işlədib. Bu xəbərlər xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb. Canlı efirə telefonla bağlanan B.Dadaşova aparıcıya bunları deyib:

"Mətanət, sənə bunu yaraşdırmadım. Sən hörmət etdiyim insansan, ağıllısan, səviyyəlisən. Zülfiyyə mənim canımdır, gor dostuyuq. Heydər Əliyev Sarayında "Bakılı oğlanlar"ın konsertinə getmişdik - o öz yoldaşı, mən də özümünkü ilə. Orada iki min insanın arasında kimisə tapmaq çox çətindir. Hamımız bir tikə çörək qazanırıq. Bunu şeytanlaşdırmamalıyıq. Zülfiyyə həmin gecə mənə zəng etdi ki, harda idin, səni görmədim. Odur ki, bizə "küsülü" kəlməsini yaraşdırmasınlar. İstəməzdim ki, hər gördüyünü verilişində dilə gətirəsən. Bayaq dedin ki, kiminsə əlindən tutub səhnəyə gətirmişəm. Mən heç vaxt elə söz işlətməmişəm. Beş il ərzində fürsət tapıb verilişimdə sənət dostlarımı tərifləmişəm. O tərifimin arxasınca məni pisləyiblərsə, onları uzaq tutmalıydım. Məni kinli hesab edirlər. Bu mənim üçün çətindir".

M.Əliverdiyeva isə xalq artistinə cavab "bunlar "ATV maqazin" verilişinin aparıcısı Nərgizin süjetində yer alıb. Mən də aydınlıq gətirmək istədim" deyə cavab verib.

Sözügedən verilişin aparıcısı Nərgiz Vahabqızı da Brilliant Dadaşovanın sərt reaksiyasına münasibət bildirib:

"Brilliant xanım, illərlə maqazin verilişində işləmişəm, sizdən süjetlər hazırlamışam. Bizim əlimizdə video var, kadrların şahidiyik. Aşkar görünür ki, insanlar bir-birini görür və salamlaşmır. Mən tamaşaçıları necə aldadım?". 

Xatırladaq ki, "ATV maqazin" verilişində B.Dadaşova və Zülfiyyə Xanbabayevanın "Bakılı oğlanlar" tamaşasında qarşılaşdığı, amma bir-biri ilə salamlaşmadığı anın əks olunduğu video yayımlanmışdı.