"ASAN" xidmət" mərkəzlərindən verilən biometrik pasportların statistikası açıqlandı-Özəl

7 May 2014 18:17 (UTC+04:00)
"İndiyədək "ASAN xidmət" mərkəzlərinə biometrik (ümumvətəndaş) pasportların verilməsi üçün 190 mindən çox müraciət daxil olub". Bu sözləri Movqe.az-a açıqlamasında gentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov deyib. A. Hüseynov bildirib ki, "ASAN xidmət" mərkəzlərində bu ilin sentyabr ayının 1-dən etibarən biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. A.Hüseynovun sözlərinə görə, artıq vətəndaşlar biometrik pasportları Daxili İşlər Nazirliyinin müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində əldə edə bilirlər: "Ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində də icra olunur. Beləliklə, vətəndaşlar biometrik pasportları DİN-in müvafiq məntəqələri ilə yanaşı, artıq "ASAN xidmət" mərkəzlərindən də əldə edə bilirlər. İndiyədək "ASAN xidmət" mərkəzlərinə biometrik (ümumvətəndaş) pasportların verilməsi üçün 190 mindən çox müraciət daxil olub".