Təhsil Nazirliyindən açıqlama
7 May 2014 18:46 (UTC+04:00)
Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı
tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən
ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs
ilində dərslər sentyabr ayının 15-də başlayacaq.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki,
dərs ilinin vaxtının uzadılması məsələsinə hazırda baxılır:
"Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- deyə Nazirlikdən
sorğumuza cavab veriblər.
Qeyd edək ki, Təhsil Naziri Mikayıl Cabbarov
Azərbaycanda dərs ilinin uzadılmasının səbəbləri
açıqlayıb.
Mikayıl Cabbarov müasir təhsil sistemləri ilə
müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris
keçidiklərini söyləyiib. O, dərs ilinin uzadılmasının iki əsas
səbəbi olduğunu söyləyib: "Birincisi, müasir təhsil sistemləri ilə
müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris
keçirlər. 8 həftə çox uzun müddətdir. Təbii ki, Biz bu mərhələdə
dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin
bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin
keyfiyyətinə mənfi təsir göstərir. Dərs iilinin uzadılmasının digər
səbəbisə, dərs ili qısa olduqda eyni fənn və ya akademik
proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə
salınması şagirdlərin yüklənməsinə gətirib çıxarır Tədris yükünün
optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə
müsbət təsir göstərəcək".