İrandan Koreyaya xəbərdarlıq

27 İyun 2012 15:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İran ondan neft alışını dayandıran Cənubi Koreyaya xəbərdarlıq edib. Bu halın davam etməsi təqdirdə Cənubi Koreya ilə bütün ticarət əlaqələrini kəsəcəklərini bildirib. Nüvə enerji ehtiyatı ilə bağlı işlərini  davam etdirən İrandan Avropa ölkələri və ABŞ neft alışını dayandırmışdı..İran bu siyahıya qatılan Cənubi Koreyaya hədə qorxu gəlib.

Hazırda 2 min 700 Cənubi Koreyaya aid firma İrana mal satır. 2011-ci ildə isə Cənubi Koreyanın İrana ixracatı 6 milyard dolları keçib.