Löv : "İtaliyanı bir gün məğlub edəcəyik"

7 May 2014 20:47 (UTC+04:00)
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv  həftəlik Stern jurnalına verdiyi reportajda, Braziliyada keçiriləcək 2014 Dünya Kubokunda digər ölkələrin də Almaniya qədər çempionluq şansı olduğunu, ancaq bunu kimsənin "eşitmək istəmədiyini" ifadə etdi. Dünya Kuboku əvvəlində baş məşqçi olaraq üzərində təzyiq hiss etdiyini ifadə edən Löv, "qələbədən sonra Məsih kimi, bütün xalq üçün qurtarıcı kimi sevinc bəxş edirsən. Bir oyunu uduzanda isə  bir nömrəli vətən xainisin" ifadəsini qeyd etdi.

Löv, dünya kuboklarında Almaniyanın İtaliyanı uda bilməməsi  haqda sualına fikir bildirərkən qeyd etdi ki, " Bir gün gələcək biz onları udacağıq. Bundan yüzdə yüz əminəm" dedi.