9 il aradan sonra 15-ci zəfərinə çatan Aslan

8 May 2014 11:57 (UTC+04:00)
Türkiyə Kubokunu, Eskişehirin böyük oyunlarının  adamı Sneyder ilə yıxan Qalatasaray qaldırdı. Movqe.az Fanatik.com -a istinadən xəbər verir ki, 9 il aradan sonra 15-ci zəfərinə çatan Aslan, bu mövsümü də Kuboksuz tərk etmədi.

İndi hədəfdə Nəhənglər Liqasına birbaşa gediş bileti var.

Xatırladaq ki, Qalatasaray 1-0 hesabıyla Sneyderin 70-ci dəqiqədə vurduğu yeganə  qolla qələbə qazanaraq kuboka sahib oldu.